İmişlidə polis əməliyyatı: iki nəfər saxlanıldı

img

14-02-2020 [13:12]


İmişli rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar.

Mia.az DİN-ə istinadla xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri həyata keçirilib.

Nəticədə rayonun Çaxırlı kəndi ərazisində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sultanov Bəhlul Bəhram oğlu və Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Abbasov Vüqar Tahirmirzə oğlu saxlanılıb.

Əməliyat zamanı B.Sultanovun idarə etdiyi 90-GR-062 dövlət nömrə nişanlı KİA markalı avtomobilə baxış keçirilən zaman külli miqdarda, yəni, təxminən, 2,8 kiloqram narkotik vasitə olan heroin, 835 qram metefatamin aşkar edilib. 

Hazırda faktla bağlı cinayət işi açılıb istintaq davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:15 09.04.2020

Neftin qiyməti qalxır