"Sizi bundan da artıq "dağ" qoyacam" - Müğənni Səidə Sultanın görüntüləri gündəm oldu + VİDEO

img

05-02-2020 [14:13]


Müğənni Səidə Sultan  müzakirələrə səbəb olan görüntüsü ilə bağlı açıqlama verib.

Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, sosial şəbəkədə dünyaca məşhur müğənnilər - Cennifer Lopez və Şakiranın  çıxışından şəkil paylaşan xanım ifaçı onu qınayanları sərt şəkildə tənqid edib:

“Bir-iki gün bundan əvvəl bütün saytlar Cennifer Lopez və Şakiranın çıxışını paylaşdı. Ay Allah, hamımız da bir ağızdan dedik ki, bunlar üçün ölürük! Amma özünüz edəndə də az qala öləsiniz! Hələ biz onların etdiyini etmirik. Sizi qınamıram, ... öyrəşmişik. Özümüzünküləri əyirik, alçatmağa çalışırıq. 

Ey abırdan danışan qorxaq toplum, mən Səidə bu cür geyinmişəm, geyinəcəm də. Sizi bundan da artıq partladıb dağ qoyacam. Məsəli məni sevənlərdən uzaq... Yaltaq toplum, sizə nifrət edirəm. Belə dil qəhrəmanısınızsa, əməlinizlə nəsə sübut edin. Siz toplum olaraq Azərbaycan üçün nə etmisiz? Heç bir şey! Gücünüz ömür boyu zəifə çatıb. Müsəlmançılıqdan danışırsız. Siz müsəlman olaraq nə etmisiz? Hər kəs öz əməlinə görə Allah qarşısında cavab verəcək. Mənə görə narahat olmayın”.

 Onun bu paylaşımına sənət dostları fikir bildirib. Xalq artisti Röya Ayxan Səidəyə “Sən onları görməməlisən” – deyə şərh yazıb. Səidə isə çalışsa da, görməzlikdən gələ bilmədiyini yazıb. 

Səidənin səs-küyə səbəb olan görüntüsünü təqdim edirik:

 


Digər xəbərlər
SON XƏBƏRLƏR