Müğənni Roza Zərgərlinin toy qiyməti: 30 dəqiqə üçün 5 min manat...

img

22-04-2024 [10:08]


Müğənni Roza Zərgərli toy qonorarını açıqlayıb.

O, bu haqda "Zarafat bir yana" verilişində danışıb.

Bildirib ki, məclisə 30 dəqiqəlik çıxışı üçün 5000 manat, bütöv toy ansambl ilə birlikdə 12.000 manat istəyir.

İfaçı bir çox qazinin toyuna pulsuz getdiyini söyləyib.

Müğənni daha sonra həmkarları Xalq artisti Miri Yusifin 30 dəqiqəlik çıxışı üçün aldığı 8000 manat və bəstəkar-müğənni Murad Arifin bütöv məclisi idarə etməsinə görə 15.000 manat qonorar məsələsindən danışaraq "Hər şeyin öz qiyməti var. Bizim formalarımız böyük ola bilər, amma şişirtməklə aramız yoxdur. Mən bütöv toydan aldığım 12.000 manat hamının xoş günündə çatdıracağı məbləğdir. O qiyməti də şişirtməklə deyil" sözlərini əlavə edib(Report)


Digər xəbərlər
SON XƏBƏRLƏR