Seysmoloji Xidmət Mərkəzi: “Azərbaycanda dağıntılara səbəb ola biləcək zəlzələ gözlənilmir”

img

25-01-2020 [14:07]


“Azərbaycanda yaxın zamanlarda dağıntılara səbəb ola biləcək zəlzələ gözlənilmir”.

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Türkiyənin Elazığ və Malatya şəhərlərində 6.8 bal gücündə baş verən zəlzələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər gün təkanlar olur: “Elə bir gün yoxdur ki, yeraltı təkan qeydə alınmasın. Sadəcə olaraq zəif təkanlardır. Amma təbii ki, Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən zəlzələnin Azərbaycana heç bir təsiri ola bilməz. Çünki burada ən azından məsafə amili var”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA