"Həftər 2 gün vaxt istəyib" - Rusiya MN açıqlama yaydı

img

14-01-2020 [16:51]


Liviya Milli Ordusunun (LMO) rəhbəri, marşal Xəlifə Həftər Liviya Milli Razılıq Hökuməti ilə atəşkəs razılaşmasının imzalanmasına müsbət yanaşır.

"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, X. Həftər atəşkəs razılaşmasının mətnini Liviya Milli Ordusunu dəstəkləyən qəbilə başçıları ilə müzakirə etmək üçün 2 gün möhlət istəyib.

Xatırladaq ki, dünən Moskvada Liviya münaqişəsinin nizamlanması ilə bağlı Rusiya və Türkiyə arasında “2+2” formatında görüş keçirilib. Görüşə Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac və Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Həftər da qatılıb. Ancaq o, Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sarracla atəşkəs razılaşmasını imzalamadan Moskvadan ayrılıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA