Türkiyə ilə Suriya rejimi arasında qarşıdurma yumşalır - MİT rəhbəri suriyalı həmkarı ilə Moskvada görüşdü

img

14-01-2020 [14:13]


Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Moskvada Suriya kəşfiyyatının rəhbəri, general-mayor Əli Məmlüklə görüşüb.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, görüş zamanı İdlibdə atəşkəs və YPG terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Moskvada Liviya münaqişəsinin nizamlanması ilə bağlı Rusiya və Türkiyə arasında “2+2” formatında görüş keçirilib. H. Fidan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hulusi Akarla birlikdə həmin görüşdə iştirak etmək üçün Moskvaya səfər edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA