Saakaşvili: "Gürcüstanın Avropa ilə vizasız rejimi yaxşı fikir deyildi"

img

13-01-2020 [15:35]


Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ölkəsinin Avropa ilə vizasız rejimini təklif edənlərdən biri olduğunu, lakin bu təklifin özünü doğrultmadığını bildirib.

“Ukraina.ru” xəbər verir ki, keçmiş dövlət başçısı vaxtilə Polşa və İsveç xarici işlər nazirləri ilə birgə Avropa İttifaqının Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna kimi ölkələri əhatə edən "Şərq Tərəfdaşlığı" proqramının təməlini qoyduğunu dilə gətirib.

“Vizasız rejimi, Avropaya qovuşma fikrini biz təqdim etmişdik. Lakin indi vətəndaşlarımızın iş dalınca Avropaya getdiyi üçün özümü danlayıram”, - M.Saakaşvili deyib.

Gürcüstanın sabiq lideri vətənə dönüb vəziyyəti yoluna qoyacağını söyləyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR