AŞPA Azərbaycana heyət göndərəcək - Seçki ilə bağlı

img

07-01-2020 [21:29]


Avropa Şurası Parlament Assambleyası (AŞPA) seçkiləri müşahidə etmək üçün Azərbaycana 30 müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək.

Bu barədə  AŞPA-dan bildirilib.

Məlumata görə, Assambleya fevral ayında Azərbaycan üzrə iki həmməruzəçi ilə birlikdə AŞPA-dakı bütün beş siyasi qrupu təmsil edən 30 üzvdən ibarət müşahidə heyətini Azərbaycana göndərəcək. Nümayəndə heyəti fevralın 7-dən 10-dək Azərbaycanda səfərdə olacaq.

AŞPA-dan verilən məlumata görə, müşahidəçilərdən ibarət daha kiçik nümayəndə heyəti isə seçkidən əvvəl seçkiqabağı mühiti müşahidə etmək üçün Azərbaycana səfər edəcək/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR