"Namizədliyini irəli sürmüş 56 nəfər seçkidən geri çəkilib" - MSK sədri detalları açıqladı

img

28-12-2019 [16:17]


Növbədənkənar parlament seçkilərinə qatılan 1611 nəfərdən 56 nəfəri seçkidə iştirakını dayandırıb.

Mia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 1012 nəfəri isə imza vərəqələrini artıq götürüb, 124 nəfəri qaytarıb, 16-ı isə qeydə alınb. 56 nəfər isə seçkilərdə iştirakını dayandırıb”.

MSK sədrinin sözlərinə görə, namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən irəli sürülüb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR