YAP Şeyxin qudasının oğlunu da namizədlik siyasına daxil edib

img

28-12-2019 [12:53]


Yeni Azərbaycan Partiyasının (YAP) 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədi Əliabbas Salahzadə bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğludur. 

Yenisabah.az xatırladır ki, Qalib Salahzadə IV çağırış Milli Məclisin deputatı olub. O, bir sıra qalmaqallı çıxışları ilə yadda qalıb. Qalib Salahzadə həm də 26 dəfə Həcc ziyarətində olduğunu bəyan etməklə sosial şəbəkələrdə rişxənd obyektinə çevrilib.

Bəzi məlumatlarda Əliabbas Salahzadənin Şeyxin kürəkəni olduğu iddia edilir. Lakin bu yanləş məlumatdır. Şeyxin kürəkəni Qalib Salahzadənin digər oğlu Əlihüseyn Salahzadədir.

40 yaşlı Salahzadə Əliabbas Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR