"MSK və məktəbin mühafizəçiləri hara nəzarət edir?" - Namizəd jurnalistdən etiraz + FOTOLAR 

img

21-12-2019 [18:18]


Xəbər verdiyimiz kimi, jurnalist Famil Fərhadoğlu dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədliyini irəli sürüb. 

Mia.az xəbər verir ki, F.Fərhadoğlu 87 nömrəli məktəbin həyətində namizədlər üçün ayrılmış lövhədə onun posterinin çıxarıldığını və yerinə Heyran Bünyatovanın posterinin asıldığını bildirib:

"Deməli, Suraxanı rayonu 87 nömrəli məktəbin həyətində olan namizədlər üçün ayrılmış lövhədə bir neçə gün öncə posterimi asmışdım. Bu gün təbliğat gününün sonu olduğu üçün ərazidə müşahidələr aparırdım. Aşkarladım ki, lövhədə olan posterimi çıxararaq, yerinə Əmircan Bələdiyyəsinin sədr müavini, eyni zamanda, bu seçkilərdə namizəd olan Fəridə Bünyatovanın ailə üzvü, namizəd Heyran Buniyatzadənin posterini asıblar.

Fotoları sübut üçün təqdim edirəm. İndi siz deyin, belə mübarizə olar? MSK və məktəbin mühafizəçiləri hara nəzarət edir? Niyə hər namizədlər hər lövhəyə bir şəkil bu xanım ikisini asır?".

Qeyd edək ki, jurnalist bir neçə gün öncə və bu gün çəkdiyi şəkilləri də fakt kimi göstərib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR