ATƏT parlament seçkiləri ilə bağlı Azərbaycana qiymətləndirmə missiyası göndərəcək

img

19-12-2019 [14:01]


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Azərbaycana qiymətləndirmə missiyası göndərəcək, missiya hesabatı gələn həftə dərc ediləcək.

Bu barədə  ATƏT DTİHB-nin mətbuat xidmətindən məlumat verilib.

"Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qarşıdan gələn parlament seçkilərini müşahidə etmək üçün Azərbaycan hökumətindən rəsmi dəvət alıb. Həmişə olduğu kimi, belə dəvətdən sonra DTİHB seçki mühitini qiymətləndirmək və qarşıdakı seçkilərə hazırlıq üçün qiymətləndirmə missiyası göndərəcək. Gələn həftə dərc edilməli olan qiymətləndirmə missiyasının hesabatında seçkiləri müşahidə missiyasının yaradılıb-yaradılmaması, yaradılacağı təqdirdə onun tərkibinin neçə nəfərdən ibarət olması ilə bağlı tövsiyələr veriləcək", - DTİHB-dən "Report"a bildiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR