Elkaponenin təşkilatında istefa: "O, zəif  liderdir..." - VİDEO

img

18-12-2019 [18:41]


Tanınmış diaspor fəalı Mirkazım Seyidov bu ilin aprel ayında Rusiyada yaşayan iş adamı Füzuli Məmmədov (Frenk Elkapone) tərəfindən yaradılan Rusiya Azərbaycanlılar İttifaqının rəhbərliyində təmsil olunurdu.

Hazırda Bakıda olan Mirkazım Seyidov “Bakı-Xəbət TV”yə müsahibəsində yeni yaradılan qurumdan istefa verdiyini bildirib. Bu addımını Füzuli Məmmədovun liderlik xüsusiyyətlərinin və komandasının zəif olması ilə izah edib.

Maraqlıdır ki, Mirkazım müəllim Rusiyadakı Azərbaycan diasporuna liderlik etmək gücündə olan şəxs kimi iş adamı İskəndər Xəlilovun adını çəkir.

Mia.az Azinforum.az-a istinadla  həmin müsahibəni təqdim edir:

img

Digər xəbərlər
SON XƏBƏRLƏR