SABİQ NAZİRİN SAÇINI QIRXIB, TV-yə ÇIXARDILAR: "Vəzifəmdən satqıncasına sui-istifadə etdim..." + VİDEO
05-12-2019 [14:18]
Türkmənistanın keçmiş daxili işlər naziri İsgəndər Mulikov hakimiyyətdən sui-istifadə və korrupsiyada təqsirli bilinib.
Prezident Qurbanqulu Berdıməhəmmədov onu oktyabrda işdən çıxarmışdı.
Lakin nazirin sonrakı taleyi haqda məlumat yox idi. İndi isə məlum olur ki, o, həbs olunub, üstəlik barəsində uzunmüddətli həbsxana cəzası kəsilib.
Dekabrın 3-də əliqandallı Mulikov qara həbsxana geyimində televiziyada xəbər proqramında göstərilib, özünü təqsirli bildiyini deyib. Mulikovun həbsi barədə təhlükəsizlik şurasının iclasında baş prokuror Batır Atdayev prezidentə məlumat verib.
"Mən, İsgəndər Mulikov, 2009-cu ildən 2019-cu ilə qədər daxili işlər naziri vəzifəsində işləsəm də, cinayətkarlıqla mübarizəyə cavabdeh olsam da, öz tamahım ucbatından, vəzifəmdən satqıncasına sui-istifadə edərək, həm rüşvət almışam, həm evləri mənimsəmişəm. Baxmayaraq ki, bizim hörmətli ali baş komandan yaşamaq və işləmək üçün bütün şəraiti yaradıb, mən vicdansız yol seçdim və xüsusilə iri məbləğlərdə rüşvət aldım. Cinayətlərimin üstünün açılmasından sonra mən qanuni əsaslarla cinayət məsuliyyətinə cəlb edilmişəm. Günahımı tam etraf edirəm və peşimanam”, - Mulikov deyir.
Kadrlarda Mulikovun əlləri qandallıdır, başı isə keçəl qırxılıb.
Keçmiş nazirə hansı cəzanın kəsildiyi bəlli deyil.
Amsterdamda mənzillənən Turkmen.news vebsaytının bildirdiyinə görə, ona 20-25 il həbs cəzası kəsilib. 2009-cu ilin mayından vəzifə başında olan Mulikov oktyabrın 1-də hökumətin iclası zamanı işdən çıxarılmışdı.Keçmiş nazirin sürücüsü də dərhal həbs olunub, onun Aşqabadda bəzi restoranları, kafe və mağazaları müsadirə edilib. Baş prokuror iclasda habelə Miqrasiya Xidmətinin keçmiş rəhbəri Meylis Nobatovun da həbsi və mühakimə olunması haqda raport verib. Turkmen.news qeyd edir ki, Nobatov son illərdə prezidentin təhlükəsizlik xidmətinin rəisi idi. Lakin onun həmin vəzifəni tutduğu haqda heç yerdə açıqlanmayıb. Keçmiş məmur özü etiraf videosunda bildirib ki, 2015-2019-cu illərdə yüksək vəzifələrdə işləyəndə cinayətlər törədib/Virtualaz.org
Azərbaycan XİN Müstəqillik Günü münasibətilə Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq