Ermənilər sərhədimizi atəşə tutdu, bir əsgərimiz yaralandı - DSX açıqlama yaydı

img

18-07-2019 [11:51]


Dövlət Sərhəd Xidməti cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb. 

Mia.az xəbər verir ki, məlumatda 18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejiminin pozulduğu bildirlib: 

"Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurul­ub. 

Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının "Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanıb. Sər­hədçi əsgərə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilib və hazırda həyatı üçün təh­lükə yoxdur.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi he­yəti ilə görüşmüş, xidməti-döyüş fəaliyyətinin daha da güclən­diril­məsi istiqamətində müvafiq tapşırıqlar verib".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA