Bakıda sürücü avtomobilin yük yerində sərnişin daşıyıb - VİDEO

Bakıda sürücü avtomobilin yük yerində sərnişin daşıyıb  - VİDEO

CƏMİYYƏT

17.07.2019, 16:42

Bakıda sürücü avtomobilin yük yerində sərnişin daşıyıb.
"Report"un məlumatına görə, hadisə Balaxanı-Binəqədi yolunda qeydə alınıb. 
Belə ki, 90 KJ 378 dövlət qeydiyyatı nişanlı "Daweoo Damas” markalı avtomobilin yük yerində azyaşlı sərnişinlərin daşınması digər nəqliyyat vasitələrinin də hərəkətinə maneələr törədib. Avtomobilin heç bir təhlükəsizlik qaydalarına riayət olunmadan idarə olunması ilə sərnişinlərin həyatı təhlükəyə atılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR