"Neftin ucuzlaşması Azərbaycanın da hər gün 28 milyon 188 min dollar itirməsi deməkdir" - Ekspert

img

25-12-2018 [15:43]


"Dünya neft və fond bazarlarında ciddi azalmalar qeydə alınmaqdadır. Belə ki, qlobal birjalar son 20 ayda ən aşağı səviyyəni nümayiş etdirib. Əmtəələr indeksi son 3 ilin ən aşağı səviyyəsindədir. Azalamlar neft bazarından da yan keçməyib. Brent markalı neftin bir bareli 50 dollarlıq psixoloji həddədək ucuzlaşıb. Neft 1 gündə 6 faizdən çox dəyər itirib".

Mia.az xəbər verir ki, neft bazarındakı mövcud durumu şərh edən İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, qiymətlərin kəskin azalması OPEK-i təcili görüş keçirməyə məcbur edir: 

"Kartel artıq üzvlərinə müraciət etsə də, belə bir görüşün yaxın günlərdə reallaşması və bütövlükdə qiymət azalmaların qarşısının alınması real deyil. Azərbaycanın gündəlik neft ixracatının 783 min barel olduğunu nəzərə alsaq, neftin qiymətinin aşağı düşməsinin ölkəmizə təsirini müəyyənləşdirmək çətin olmaz. Belə ki, neftin bir barelinin qiyməti 86 dollar olan zaman neft ixracatımızın dəyəri 67 milyon 338 min dollar idi. Bu rəqəmə bütün xərclər daxildir və mənfəətin 75 faizi Azərbaycan dövlətinə çatır. Mövcud qiymətlərlə isə gündəlik neft ixracatımızın dəyəri 39 milyon 150 min dollardır. Bu o deməkdir ki, bu ilin oktyabr ayı ilə müqayisədə gündəlik neft ixracatımızın dəyəri 28 milyon 188 min dollar azalıb”.

Ekspert bildirir ki, OPEK-in son toplantısında ölkəmizin gündəlik hasilatın 20 min barel azaldılması ilə bağlı öhdəlik götürdüyünü də nəzərə alsaq, o zaman belə qiymətlər şəraitində yeni ildən gündəlik neft ixracatımızdan əldə etdiyimiz gəlirin daha çox azaldığının şahidi olacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA