Ordumuz şərti düşmənə zərbələr endirdi - FOTOLAR

Ordumuz şərti düşmənə zərbələr endirdi  - FOTOLAR

GÜNDƏM

11.12.2018, 14:24

Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a məlumat verilib.

Verilən məlumata görə, təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətlərini məşq ediblər.

Hava düşmənini təqlid etmək üçün təlimlərə aviasiya bölmələri də cəlb olunub. Təlimlərin sonunda ümumqoşun birləşmələrinin HHM bölmələri döyüş atışları icra ediblər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR