Prezidentin köməkçisi, nazirlər, icra başçıları... - Sabirabadda regional müşavirə keçirilib + FOTOLAR
GÜNDƏM
24.06.2026, 13:28
Bu gün Sabirabad rayonunda Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.
Mia.az xəbər verir ki, tədbir dövlət başçısının sədrliyi ilə mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Müşavirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, pambıqçılıq sahəsi üzrə ixtisaslaşmış Neftçala, Salyan, Biləsuvar, İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Tərtər, Bərdə, Goranboy, Yevlax, Kürdəmir, Sabirabad, Saatlı, Zərdab rayonlarından fermer və sahibkarlar iştirak ediblər.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, dövlət başçısının tapşırığına əsasən iyunun 12-dən başlayaraq 13 iqtisadi zona üzrə bu proqramın geniş müzakirələri aparılıb. Müzakirələrə ümumilikdə 4 565 nəfər qatılıb, aqrar sektorda fəaliyyət göstərən fermerlər və sahibkarlar Azərbaycan Respublikası Prezidentinin çağırışını dəstəklədiklərini bildirərək mühüm təşəbbüslərlə çıxış ediblər.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, dövlət proqramında prioritet istiqamətlərdən biri olan pambıqçılıqda dövlət başçısının tapşırıqlarına uyğun olaraq son illərdə həyata keçirilən sistemli tədbirlər pambıq istehsalının artmasına, məhsuldarlığın yüksəlməsinə və kənd yerlərində məşğulluğun genişlənməsinə şərait yaradıb. Vurğulanıb ki, yeni Dövlət Proqramı pambıqçılığın intensiv inkişafını, müasir suvarma və aqrotexniki texnologiyaların tətbiqini, həmçinin emal sənayesinin gücləndirilməsini nəzərdə tutur. Bildirilib ki, proqramın uğurlu icrası pambıqçılığın iqtisadi səmərəliliyini artıracaq, ixrac imkanlarını genişləndirəcək və qeyri-neft sektorunun inkişafına əlavə töhfə verəcək.
Daha sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov pambıqçılıq sahəsində mövcud vəziyyət, inkişaf meyilləri və qarşıda duran əsas vəzifələr barədə məlumat verib. Nazir bu sahənin potensialından daha səmərəli istifadə olunmasının, məhsuldarlığın yüksəldilməsinin və istehsal prosesində müasir yanaşmaların tətbiqinin vacibliyini qeyd edib. Həmçinin pambıqçılıqda mövcud çağırışlar, resurs təminatının yaxşılaşdırılması və emal imkanlarının genişləndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər diqqətə çatdırıb. M. Məmmədov əlavə edib ki, yeni Dövlət Proqramında pambıqçılığın klaster prinsipi əsasında inkişafı, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, texnika təminatının yaxşılaşdırılması və emal sənayesinin gücləndirilməsi əsas prioritetlər kimi müəyyən olunub. Pambığın yalnız xammal kimi deyil, daha çox emal olunaraq əlavə dəyər yaradan məhsullara çevrilməsinin əsas prioritetlərdən olduğunu diqqətə çatdırıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov pambıqçılığın dayanıqlı inkişafında su təminatının həlledici rol oynadığını vurğulayıb. Bildirilib ki, son illərdə ölkədə suvarma infrastrukturunun modernləşdirilməsi, yeni su mənbələrinin yaradılması və magistral kanalların yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilir. Qeyd olunub ki, Şirvan və Qarabağ suvarma kanalları da daxil olmaqla icra olunan layihələr pambıqçılıq üzrə ixtisaslaşmış rayonlarda su təminatının yaxşılaşdırılmasına və məhsuldarlığın artırılmasına xidmət edəcək. Zaur Mikayılov həmçinin su ehtiyatlarından səmərəli istifadənin vacibliyini qeyd edərək müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsinin əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib ki, pambıqçılıq ölkənin qeyri-neft iqtisadiyyatının inkişafında, ixrac potensialının artırılmasında və regionlarda iqtisadi fəallığın genişlənməsində mühüm rol oynayır. Qeyd olunub ki, Dövlət Proqramında pambıqçılığın yalnız xammal istehsalı istiqamətində deyil, həm də emal sənayesi ilə inteqrasiya olunmuş şəkildə inkişaf etdirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Səməd Bəşirli vurğulayıb ki, yeni iplik, parça və tekstil istehsalı müəssisələrinin yaradılması əlavə dəyər zəncirinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına və ixrac gəlirlərinin artmasına imkan verəcək. Bildirilib ki, dövlət tərəfindən tətbiq olunacaq dəstək mexanizmləri və investisiya təşviqləri sahənin rəqabət qabiliyyətinin yüksəldilməsinə və özəl sektorun bu istiqamətdə fəallığının daha da artırılmasına xidmət edəcək.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda aqrar sahədə əldə olunan nəticələr, pambıqçılığın inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirilib ki, dövlət dəstəyi, müasir aqrotexniki yanaşmalar və suvarma infrastrukturunun təkmilləşdirilməsi hesabına Sabirabad rayonunda kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafı istiqamətində müəyyən edilmiş hədəflərə nail olunması üçün bütün imkanlar səfərbər ediləcək.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun pambıqçılıq sahəsində ölkənin qabaqcıl bölgələrindən biri olduğunu, 2025-ci ildə əldə olunan yüksək məhsuldarlıq göstəricilərinin fermerlərin zəhməti və dövlət dəstəyinin nəticəsi olduğunu qeyd edib. Bildirilib ki, pambıqçılığın inkişafı həm kənd təsərrüfatının, həm də emal sənayesinin inkişafına mühüm töhfə verir və cari ildə də yüksək nəticələrin əldə olunacağı gözlənilir.
İcra başçıları qarşıya qoyulan hədəflərə nail olunması və pambıqçılığın daha da inkişaf etdirilməsi istiqamətində bütün mövcud imkanların səfərbər ediləcəyini bildiriblər.
Müşavirədə iştirak edən fermerlər və sahibkarlar, pambıq şirkətlərinin nümayəndələri cari ildə pambıq istehsalına hazırlıq, qarşıda duran vəzifələr, pambıqçılığın inkişafı və hədəflərlə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda pambıq istehsalında məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, suvarma təminatının yaxşılaşdırılması və dövlət dəstəyi mexanizmlərinin əhəmiyyəti vurğulanıb, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür ifadə olunub.
Müşavirənin yekununda Z. Nağdəliyev qeyd edib ki, pambıqçılığın inkişafı üzrə müəyyən edilən prioritetlərin icrası kompleks və əlaqələndirilmiş yanaşma tələb edir. O qeyd edib ki, qarşıdakı dövrdə əsas diqqət məhsuldarlığın artırılmasına, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsinə, texnika təminatının yaxşılaşdırılmasına və emal sənayesinin inkişafına yönəldiləcək. O, dövlət başçısının müəyyən etdiyi vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsinin vacibliyini vurğulayaraq yerli icra hakimiyyəti orqanlarını, fermerləri və sahibkarları bu prosesdə fəal iştirak etməyə çağırıb. Bildirilib ki, müşavirə zamanı səsləndirilən təkliflər ümumiləşdirilərək Dövlət Proqramının icrası çərçivəsində nəzərə alınacaq və aqrar sahənin dayanıqlı inkişafının təmin olunması istiqamətində zəruri tədbirlər davam etdiriləcək/Report.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:06 CƏMİYYƏT
-
“Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxıb - FOTO
23.10.2026, 23:22 İQTİSADİYYAT
-
TRAMPIN XANIMI DA SİYASƏTƏ ATILDI - Ukraynadakı bir bölgə üçün atəşkəs mesajı verildi
23.10.2026, 22:47 GÜNDƏM
-
Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."
23.10.2026, 20:30 SİYASƏT
-
"Türkiye Sığorta" şirkətinin istefa verən direktoru yenidən saxlanılıb
23.10.2026, 20:03 KRİMİNAL
-
Gəncədə beşaylıq körpə ölüb
23.10.2026, 19:55 CƏMİYYƏT
-
Hacıqabulda müşavirə - Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub + FOTOLAR
23.10.2026, 19:47 CƏMİYYƏT
-
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub - XİN açıqlama yaydı
23.10.2026, 19:01 GÜNDƏM
-
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
23.10.2026, 19:01 YAZARLAR
-
Moskvada 4 hava limanında uçuşlar dayandırıldı - Dron hücumu var
23.10.2026, 18:53 GÜNDƏM
-
İordaniyada kilsəyə hücum: 9 əfər öldürülüb - FOTOLAR
23.10.2026, 18:47 DÜNYA
-
MHP lideri: "Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması vacibdir"
23.10.2026, 18:34 SİYASƏT
-
Dövlət Baxçalı qurultaya gedir
23.10.2026, 18:28 SİYASƏT
-
Yılmaz Vural Türkiyədə futbol klubu alıb
23.10.2026, 18:20 İDMAN
-
Klub prezidentindən futbolçulara sərt xəbərdarlıq: "Özünüzü əfv etdirmək istəyirsinizsə..."
23.10.2026, 18:12 İDMAN
-
Türkiyənin 47 illik nəhəng şirkəti müflis olub - 4000-dən çox tərəfdaşı var!
23.10.2026, 18:07 İQTİSADİYYAT
-
Milli Məclisin növbəti iclasında hansı qanunlara dəyişiklik olunacaq? - SİYAHI
23.10.2026, 18:00 GÜNDƏM
-
Müğənni Murat Boz Hadisənin bu şəkillə yada saldı - FOTO
23.10.2026, 17:59 ŞOU-BİZNES
-
"Fənərbaxça"nın ingilis müdafiəçisi derbiyə belə hazırlaşır - FOTO
23.10.2026, 17:48 İDMAN
-
“Baku Steel Company”də struktur dəyişiklikləri və yeni təyinatlar aparılıb
23.10.2026, 17:35 İQTİSADİYYAT
-
Rayonlarda yağıntılı hava iki gün davam edəcək - Xəbərdarlıq
23.10.2026, 17:30 GÜNDƏM
-
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
23.10.2026, 17:13 CƏMİYYƏT
-
Mərkəzi Bankda yeni təyinat olub
23.10.2026, 17:08 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
23.10.2026, 17:00 İQTİSADİYYAT
-
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: nələr üzə çıxdı? - Nöqsanlarla bağlı 4 quruma məlumat göndərildi
23.10.2026, 16:46 CƏMİYYƏT
-
Arif Mərdanov kollektivə belə təqdim edildi - FOTO
23.10.2026, 16:17 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Fərman imzalayıb
23.10.2026, 16:05 GÜNDƏM
-
Əli Kərimlinin işi məhkəməyə göndərildi
23.10.2026, 15:56 SİYASƏT
-
Bakı, Gəncə və Sumqayıtda əməliyyat: 82 kiloqram narkotik vasitə və...
23.10.2026, 15:51 KRİMİNAL
-
Arsen Venger Bakıda - FOTO
23.10.2026, 14:05 İDMAN
-
Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu
23.10.2026, 13:48 GÜNDƏM
-
Azərbaycan və Hindistan XİN başçısı bir arada: "Son illər bir sıra məsələlərdə fikir müxtəlifliyi olub, amma..." - Yeni əməkdaşlıq mesajları verildi (Yenilənib)
23.10.2026, 13:42 SİYASƏT
-
"Aqrar sahə haqqında" qanun layihəsi qəbul olunub
23.10.2026, 13:35 İQTİSADİYYAT
-
PUTİNDƏN MÜSAHİBƏ: "Bu, bir növ siyasi şizofreniyadır, ümid edirəm ki..." - "Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil"
23.10.2026, 13:08 SİYASƏT