OPEC-in yeni prezidenti yanvardan işə başlayacaq

img

15-11-2018 [23:53]


 Venesuelanın neft naziri Manuel Kevedo gələn il yanvarın 1-dən OPEC-in prezidenti vəzifəsinin icrasına başlayacaq.

Bu barədə Venesuelanın Neft Nazirliyinin "Twitter” səhifəsində məlumat verilib.

Qeyd olunub ki, M.Kevedo Əbu-Dabidə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində bu məsələ ilə bağlı OPEC baş katibi Məhəmməd Barkindo və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşlər keçirb.

Hazırda OPEC-in prezidenti Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl Məhəmməd Fərəc Əl Məzruidir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA