Gürcüstanın ən çox borcu olan ölkələrin adı açıqlandı - Azərbaycana nə qədər borc var?

img

13-11-2018 [23:54]


Gürcüstanın Azərbaycana 7,976 mln. dollar həcmində borcu var.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bu il oktyabrın 31-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu 5 mlrd. 102,061 mln. dollar təşkil edir. Bu məbləğin 4 mlrd. 977,670 mln. dolları  hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (273,183 mln. dollar), Yaponiya (209,362 mln. dollar) və Fransa (189,168 mln. dollar) daxildir.

Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu müvafiq olaraq 15,297 mln. dollar, 63,567 mln. dollar və 9,023 mln. dollar təşkil edir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA