Prezident Fələstinin xarici işlər nazirini qəbul etdi: "Azərbaycan Fələstinə dəstəyini əsirgəməyib"
GÜNDƏM
04.11.2018, 18:04
Prezident İlham Əliyev bu gün Fələstin Dövlətinin xarici işlər naziri Riad Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Prezident İlham Əliyev Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini və dəstəyini əsirgəmədiyini qeyd edərək, noyabrın 5-də Bakıda keçiriləcək Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsinin bunun bariz nümunəsi olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini və bu mövqenin beynəlxalq təşkilatlar çərçivəsində birmənalı şəkildə ifadə olunduğunu qeyd edib.
Dövlətimizin başçısı Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə ardıcıl sürətdə töhfə verdiyini bildirib.
Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Fələstin Prezidenti Mahmud Abbasın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycanın Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına və əvvəlki illərdə Fələstinlə əlaqədar müxtəlif humanitar tədbirlərə ev sahibliyi etdiyi üçün Prezident İlham Əliyevə Fələstin Dövləti adından dərin minnətdarlığını bildirib. Riad Əl-Maliki dövlətimizin başçısının 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirakı və çıxışının yüksək qiymətləndirildiyini vurğulayıb.
Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Azərbaycanın beynəlxalq ictimaiyyətdə böyük hörmət və nüfuza malik dövlət olduğunu deyərək, ölkəmizin 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurlu sədrlik edəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fələstin Prezidentinə çatdırmağı xahiş edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda məhkumda avtomat aşkarlanıb
Bugün, 16:06 KRİMİNAL
-
"Azərbaycan Beynəlxalq Bankı" və "Expressbank"ın kart əməliyyatlarında problem yaranb
Bugün, 16:05 İQTİSADİYYAT
-
Peskov: “Rusiya Belarusa hücum olarsa, dərhal cavab verəcək"
Bugün, 15:45 GÜNDƏM
-
Azərbaycanda yaşlı şəxslər daha çox hansı bölgədədir? - Statistika
Bugün, 15:45 CƏMİYYƏT
-
Kreml sözçüsündən Ukrayna və Ərdoğanla bağlı açıqlama: "Bu, Putinin ardıcıl mövqeyidir”
Bugün, 15:12 GÜNDƏM
-
RƏSMİ MOSKVADAN YEREVANA MESAJ: "Bizim çoxsaylı birgə layihələrimiz var"
Bugün, 15:02 SİYASƏT
-
İlham Əliyev Numan Kurtulmuşu qəbul edib - Müzakirə + FOTOLAR
Bugün, 14:57 GÜNDƏM
-
Sahibə Qafarova İƏTPİ-in konfransında: "Bu, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir"
Bugün, 14:45 SİYASƏT
-
"New York Times" Türkiyə yığmasını ələ saldı: "Qolf oynasaydılar, bundan daha yaxşı olardı"
Bugün, 14:34 İDMAN
-
Federasiya prezidenti tərəfdarlara “barmaq silkələdi” - "Yaxın gəl, bizi uzaqdan təhdid etmə!”
Bugün, 14:20 İDMAN
-
Özgür Özəl və komandası CHP-dən ayrılır – Yeni partyanın loqosu mediaya sızdı (FOTO)
Bugün, 14:08 SİYASƏT
-
Türkiyədə zəlzələ oldu - 4.9 bal gücündə
Bugün, 13:56 GÜNDƏM
-
Emin Əmrullayev yazır: "Söylədiyim fikir bundan ibarət idi ki, bir tələbəyə düşən təhsil haqqı..."
Bugün, 13:48 SİYASƏT
-
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bugün, 13:45 PRESS
-
İstefa verən deputat bu partiyaya keçdi - FOTO
Bugün, 13:35 SİYASƏT
-
Prezidentin köməkçisi, nazirlər, icra başçıları... - Sabirabadda regional müşavirə keçirilib + FOTOLAR
Bugün, 13:28 GÜNDƏM
-
İcra başçısı aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı bir neçə təklif irəli sürüb - Müşavirədə
Bugün, 13:27 CƏMİYYƏT
-
Türkiyənin 42 şəhərində FETÖ əməliyyatı: 128 nəfər qandallandı
Bugün, 13:19 DÜNYA
-
Mərkəz sədri: "Ceyhun Məmmədovun sözlərindən narahat olanlar aynaya baxsın"
Bugün, 13:14 SİYASƏT
-
Məktəb direktorlarının işə qəbulu... - Elektron qeydiyyat başlayır
Bugün, 13:12 GÜNDƏM
-
Bakı–Naxçıvan reysləri yenə ləğv edilib
Bugün, 13:03 GÜNDƏM
-
Sabah yağışlı hava olacaq - Proqnoz
Bugün, 12:59 CƏMİYYƏT
-
Xüsusi karantin rejiminin müddəti uzadıldı - Baş nazir qərar verdi
Bugün, 12:56 GÜNDƏM
-
Zaur Mikayılov: "Əsas hədəf..."
Bugün, 12:41 CƏMİYYƏT
-
Aqrar Sığorta - Fermerin təhlükəsizlik zəmanəti və kənd təsərrüfatının dayanıqlı inkişafının təmini
Bugün, 12:31 İQTİSADİYYAT
-
Nazir: "Pambıqçılığın inkişafına mane olan problemlər var"
Bugün, 12:18 İQTİSADİYYAT
-
Məhəmməd Baqir Qalibaf Bakıda: "İranın müqavimətinin nəticəsidir ki..."
Bugün, 12:04 SİYASƏT
-
Şirvan Sukanal İdarəsinin "tiktoker" işçisi saxlanıldı
Bugün, 11:45 PRESS
-
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTOLAR
Bugün, 11:36 GÜNDƏM
-
Prezidentin köməkçisi müşavirədə: "Bitkiçilik, heyvandarlıq, meyvəçilik, quşçuluq, balıqçılıq, kartofçuluq..." (YENİLƏNİB)
Bugün, 11:32 İQTİSADİYYAT
-
Vüsal Qasımlı: "Bu dəyişikliklər sığorta sektorunun rolunu daha da artırıb"
Bugün, 11:29 İQTİSADİYYAT
-
Keşlə sakinləri niyə kompensasiyanı ala bilmir? - VİDEO
Bugün, 11:23 CƏMİYYƏT
-
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahilinin neft tullantılarından təmizlənməsi davam etdirilir
Bugün, 11:13 GÜNDƏM
-
Mərkəzi Bank uçot dərəcəsi barədə qərar qəbul edib
Bugün, 11:03 İQTİSADİYYAT