Mayis Güləliyev ilə Əli Əliyev arasında görüz keçirilib

img

16-11-2012 [04:34]


Bu gün Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mayis Güləliyev ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev arasında görüş keçirilib. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, M.Güləliyevin Afina səfərinin nəticələri, onun İstanbulda Ədalət Partiyası sədrinin müavini Etimad İsmayılovla görüşü və ikitərəfli əlaqələrə dair məsələlər müzakirə olunub. M.Güləliyev Afina səfəri, AYP, Ədalət və VİP arasında təşkilatı formatın yaradılması ilə əlaqədar E.İsmayılovla İstanbulda keçirilmiş görüşü haqqında geniş məlumat verib. Partiya sədrləri üçtərəfli əməkdaşlığın qurulması istiqamətində yaranmış durumu, eyni zamanda, AYP və VİP-in ikitərəfli münasibətlərinə aid məsələləri ətraflı dəyərləndiriblər. AYP və VİP sədrləri aparılan müzakirələrə dair yeni detalları həftənin bazar gününə planlaşdırılan görüşdə nəzərdən keçirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA