Xamenei: "ABŞ-ın hücumu tammiqyaslı regional münaqişəyə çevriləcək"

img

01-02-2026 [15:07]


ABŞ-ın İrana qarşı hərbi təcavüzü iki ölkə arasında müharibə ilə məhdudlaşmayacaq, əksinə, tammiqyaslı regional münaqişəyə çevriləcək.

Məlumata görə, bunu İranın ali rəhbəri Əli Xamenei bildirib.

Xamenei əlavə edib ki, İran xalqı ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə külli miqdarda silah daşınması ilə bağlı açıqlamalarından qorxmamalıdır.

"Biz müharibələrə başlamırıq və heç bir ölkəyə hücum etmək istəmirik, amma İran xalqı hücum edən və zərər verən hər kəsi qətiyyətlə dəf edəcək", - deyə İranın ali rəhbəri vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA