Ağsuda ağır yol qəzası: dörd nəfər xəsarət alıb

img

01-02-2026 [11:06]


Ağsuda ağır yol qəzası baş verib, dörd nəfər xəsarət alıb.

Mia.az report-a istinadla xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə yolunun rayonun Ərəbmehdibəy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər - 30 yaşlı Ruslan Tağıyev, 34 yaşlı Amil Mollayev, 28 yaşlı İlkin Heybətov və hələlik şəxsiyyəti məlum olmayan şəxs müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Xəstəxanadan əldə olunan məlumata görə, xəsarət alan şəxslərdən birinin komada və reanimasiyada olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA