Vahid Əhmədov ismət Abbasovu ittiham etdi

img

14-11-2012 [12:51]


?2013-cü il büdcəsində kənd təsərrüfatı sektoruna 27 milyon manat ayrılıb. Hesab edirəm ki, bu rəqəm azdır. Ümumi daxili məhsulda kənd təsərrüfatının payı 5 faizidir. Bu sahəyə xüsusi diqqət yetirilməlidir?. Teleqraf.com-un xəbərinə görə, bunu Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib. O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyində ciddi islahatlar həyata keçirilməlidir: ?Hörmətli nazir Samir Şərifov nazir təyin olunduqdan sonra islahatlar apardı. Kənd Təsərrüfatı Nazirliyi isə SSRİ zamanından qalan qurumdur. Bu nazirlikdə ciddi islahatlar aparılmalıdır?. Vahid Əhmədov əlavə edib ki, kənd təsərrüfatı məhsullarının satılması ilə bağlı ciddi problemlər var: ?Mən burada detallara getmək istəmirəm. Qubada almanı sata bilmirik. Camaat almanı çaylara tökür. İqtisadi İnkişaf Nazirliyindən xahiş edirəm ki, Qubada almanın satılması üçün pilot layihəsi həyata keçirsin?. Deputat bankların insanlara verdiyi kredit faizlərinin yüksək olduğundan narazılıq edib və bu səbəbdən də insanların evlərindən çıxarıldığını xatırladıb: ?Bu məsələyə də ciddi diqqət edilməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA