Əli Əliyev Sərdar Cəlaloğlu ilə görüzüb

img

14-11-2012 [06:01]


Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında VİP sədri Əli Əliyev və Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu arasında görüş keçirilib. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, 2013-cü il prezident seçkiləri və müxalifət düşərgəsinin mövcud durumu geniş müzakirə olunub. S.Cəlaloğlu və Ə.Əliyevin söhbətində gələn il keçiriləcək prezident seçkilərinin yaxınlaşdığı ərəfədə müxalifət düşərgəsində hökm sürən pərakəndəlikdən dərin narahatlıq ifadə olunub. ADP və VİP sədrləri ölkənin əsas müxalifət qüvvələrinin bir araya gəlməsi üçün imkanların qaldığını və onların düzgün qiymətləndirilməsinin vacibliyini önə çəkiblər. Partiya sədrləri bu istiqamətdə ləngimədən real təşəbbüslərlə çıxış etməyin zəruriliyini vurğulayıblar. Partiya sədrlərinin görüşündə bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA