Elzad Abdullayevin bacısı oğlu saxlanıldı

img

06-11-2012 [10:50]


Məlum videoqalmaqalla ölkə mətbuatının gündəminə gələn Elşad Abdullayevin ətrafında ajiotaj səngimək bilmir. Üstəlik, hər gün sabiq rektorun özü və ətrafı haqda yeni-yeni məlumatlar yayılır. Ən son məlumata görə, E.Abdullayevin bacısı oğlu Araz Mürsəliyev Türkiyəyə uçmaq istəyərkən Bakı hava limanında heç bir izahat verilmədən saxlanılıb. Bu haqda ?Gündəm-Xəbər? qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, əvvəllər Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Xidmətinin Sərhəd Qoşunları üzrə xüsusi şöbəsinin əməliyyatçısı olmuş A.Mürsəliyev E.Abdullayevin Strasburqdan verdiyi vəkalətnaməyə əsasən onun hüquqi nümayəndəsidir: ?Araz noyabrın 2-də öncədən aldığı biletlə gecə 03:00 radələrində Bakı hava limanına gəlib. Əlindəki yükləri baqaja verib və elektron biletlərin nümunəsini alandan sonra dövlət sərhəd xidmətinin pasport nəzarət məntəqəsinə yaxınlaşıb. Pasport sərhədçi qadın tərəfindən nəzərdən keçiriləndən sonra qeyri-adi hadisələr bir-birini təkrarlamağa başlayıb. Belə ki, qadın sərhədçi sanki cinayətkar yaxalamış kimi davranmağa başlayıb və pasport sahibinə heç bir məlumat vermədən köməyə digər sərhədçiləri çağırıb. Bundan sonra isə Araz Mürsəliyevə heç bir izahat verilmədən nəzarətə götürülüb. Hətta baqajı ilə birlikdə onu neytral zonaya keçiriblər. Araza isə yenə də nələrin baş verdiyi ilə bağlı hər hansı açıqlama verilməyib. Sərhədçilər arasında çaşqınlıq baş verib və onlar kiminləsə əlaqə saxlayaraq nə edəcəklərinə dair göstəriş gözləyiblər?. Qəzet yazır ki, sərhədçilər A.Mürsəliyevə ?ay müəllim, burada bizlik bir iş yoxdur, bizə göstəriş veriblər və biz də həmin göstərişi yerinə yetiririk? deyiblər. Sərhəd xidmətinin hava limanındakı növbətçi hissəsinə aparılan A.Mürsəliyevə bildirilib ki, onun ölkəni tərk etməsinə qadağa qoyulub. Gecə saat 3-dən səhər saat 10-a qədər A.Mürsəliyevə nə üçün saxlanması haqda məlumat verilməyib. Səhər 10 radələrində Mahir Abdullayevin oğurlanması ilə əlaqədar cinayət işini araşdıran Müstəqil İstintaq Komissiyasının (MİK) üzvü Telman adlı müstəntiq A.Mürsəliyevin saxlandığı növbətçi hissəyə gəlib. Onu sərhədçilərdən təhvil alaraq özünə məxsus avtomobillə Baş Prokurorluğa gətirib. Orada Mürsəliyev MİK-də təmsil olunan istintaqçı Elmar Camalova, orada olan digər müstəntiqlərə saxlanmasının səbəbini öyrənmək üçün sual verib. Respublikadan çıxmasına qoyulan qadağa barədə rəsmi şəkildə ona məlumat verilməməsinin izahatını tələb edib". ?Əgər doğrudan da respublikadan çıxmağıma qadağa qoyulubsa, niyə bunu mənə rəsmən deməmisiniz? Axı 01.11.2012 tarixdə MİK üzvü Faiq müəllim Baş Prokurorluğun qəbul otağının qarşısında mənimlə üç dəfə görüşüb, digər üzvü Yasin isə telefonla əlaqə saxlayıb. Bunu nə ilə izah edə bilərsiniz? "Prokurorluq əməkdaşları isə yalnız onu deyiblər ki, bu işdən onların xəbərləri yoxdur. Onların deməsindən belə çıxıb ki, guya bunu onlardan əvvəl Mahir Abdullayevin işini aparan müstəntiq Vüqar Nəsibov edib? - deyə yazıda qeyd olunur. Qəzet mənbəyə istinadən yazır: ?Baş Prokurorluq ağır cinayətlər üzrə müstəntiqlə bağlı gətirilən arqumentin həqiqətə uyğun olmadığını bildirir. Bu da yalandır, çünki 2-3 ay bundan öncə Araz dəfələrlə Türkiyə və digər dövlətlərə səfər edib və onun bu zaman respublikadan çıxışına heç bir qadağa qoyulmayıb. Araz Mürsəliyevə onun ölkədən çıxmasına qoyulan qeyri-rəsmi qadağanın götürülməsində Baş Prokurorluq əməkdaşları belə aciz olduqlarını etiraf ediblər?. Qəzet baş verən olayı hakimiyyət içində xüsusi bir qrupun Elşad Abdullayevə qarşı olan təxribat planının tərkib hissəsi olduğunu yazıb. Mövzuya qayıdacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA