ADP xalqı etiraz etməyə çağırdı

img

13-11-2012 [04:20]


ADP İdarə Heyətinin növbəti həftəlik toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən bir sıra siyasi hadisələrə münasibət bildirilib. İlk növbədə ABŞ-da prezident seçkilərində demokratların qələbəsi münasibətilə prezident B.Obamaya təbrik məktubu göndərilməsini qərara alan İdarə Heyəti üzvləri bu seçkilərin dünya demokratiyasına bir daha nümunə olduğunu, habelə Obama adminstrasiyasının ikinci dönəmdə dünyada demokratiyanın dəstəklənməsi, Şərqdə və keçmiş Sovetlər məkanında xalqların avtoritar rejimlərdən qurtulması üçün daha ciddi səylər göstərəcəyinə ümid etdiklərini qeyd ediblər. Respublikanın bir neçə qanununa razılaşdırılmamış kütləvi aksiyalarda iştirakla bağlı yüksək cərimələrin tətbiqini nəzərdə tutan əlavələrin prezident tərəfindən imzalanmasını qətiyyətlə pisləyən İdarə Heyəti xalqı və beynəlxalq təşkilatları bu dəyişikliklərə fəal etirazlar etməyə çağırıb. Kür vətəndaş cəmiyyəti QHT koalisiyasının hesabatında açıqladığı təbii fəlakətdən zərər çəkmiş vətəndaşlara çatacaq 300 milyon manat vəsaitin korrupsiyaya məruz qalaraq mənimsənilməsi faktına münasibət bildirən İdarə Heyəti bu faktı ölkədə büdcə vəsaitlərinin talan edilməsinə dair nümunələrdən yalnız biri olduğunu qeyd edib və açıqlanan faktla əlaqədar dərhal cinayət işinin başlanmasının vacib olduğunu bildirib. İdarə Heyəti Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin açıqladığı cinayət faktları, xüsusilə də insan oğurluğu kimi ağır cinayətdə ölkənin çoxsaylı yüksək vəzifəli məmurlarının adının hallanmasına rəğmən hüquqi müstəvidə müvafiq addımların atılmamasından narahatlığını bildirib. İclasda, həmçinin Mahir Abdullayevin oğurlanması ilə əlaqədar açılmış cinayət işinin obyektiv araşdırılması məqsədilə bu işlə əlaqədar adları hallanan vəzifəli şəxslərin istintaqın gedişinə mane olmamaları üçün istefaya göndərilməsinin zəruruliyi də qeyd edilib. Suriya müxalifətinin Qətərdə birləşdirici toplantı keçirməsini və vahid komanda şəklində birləşməsini gecikmiş addım olmasına baxmayaraq alqışlayan İdarə Heyəti, birləşmiş müxalifətin avtoritar rejimlərdə dinc demokratik dəyişikliklərin əsas faktoru olduğunu bir daha qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA