YAP Obamadan gözləntilərini açıqladı

img

11-11-2012 [03:56]


"ABŞ ilə Azərbaycan arasındakı əlaqələrin hərtərəfli inkişafı hər iki ölkənin milli maraqlarına xidmət edir. Beynəlxalq təhlükəsizliyin təmin olunmasında, terrorizmlə mübarizədə Azərbaycan yaxından iştirak edir və bu istiqamətdə də Azərbaycanın və ABŞ-ın maraqları üst-üstə düşür". Mia.az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov deyib. Ə.Əhmədov bildirib ki, Barak Obamanın yenidən Amerika Birləşmiş Ştatlarının prezidenti seçilməsi bu ölkə ilə Azərbaycan arasında münasibətlərin bundan sonra da mövcud baza əsasında inkişafına səbəb olacaq. YAP sədrinin müavini Barak Obamanın rəhbərliyi altında ABŞ-ın son bir ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyətini artırdığını da diqqətə çatdırıb. O, bildirib ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün atacağı real addımlar problemin həlli vaxtını daha yaxınlaşdıracaq

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA