ilyas ismayılov Türkiyəyə getdi

img

03-11-2012 [01:30]


Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov bu gün Türkiyəyə yola düşüb. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, İ.İsmayılov noyabrın 4-də Milliyyətçi Hərəkat Partiyasının (MHP) Ankaradakı Arena Kapalı Spor salonunda keçiriləcək 10-cu qurultayında iştirak edəcək. Xatırladaq ki, bir neçə gün əvvəl MHP-nin genel başqanı Dövlət Bağçalı dost partiyanın ali toplantısında iştirak etmək üçün İlyas İsmayılova dəvətnamə göndərmişdi. Səfərdə partiya sədrini onun müavinləri Etimad İsmayılov və Ayaz Əfəndiyev müşayiət edirlər. Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı, Müsavat başqanı İsa Qəmbər və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da Dövlət Bağçalıdan belə bir dəvət almışdılar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA