Polis Əli Kərimlinin tərəfdarlarını buraxdı (Yenilənib)

img

08-11-2012 [12:52]


?ünən gecə saat 02:00 radələrində Fəvvarələr meydanında AXCP üzvləri Dəyanət Babayev, Musa Rahim, Elvin Baycan həbs olunublar. Bu haqda Avropa.info -ya həbs olunan vaxt telefonla Dəyanət Babayev xəbər verib. Onun dediyinə görə, gənclər Fəvvarələr meydanında yerləşən kafelərdən birində futbola baxdıqdan sonra evə gedərkən, polislər onlara yaxınlaşaraq asayişi pozduqlarını və bu səbəbdən də 22-ci polis bölməsinə aparılacaqlarını deyiblər: "Bizə heç bir səbəb olmadan deyirlər ki, asayişi pozursunuz". AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu öz Facebook səhifəsində faktı təsdiqləyərək qeyd edib ki, DİN-in sözçüsü Ehsan Zahidov ona cəbhəçi gənclərin polis tərəfindən saxlanmasından xəbərsiz olduqlarını deyib. Hazırda gənclərin hansı rayonun polis idarəsində saxlanıldığı baədə məlumat yoxdur. *** Son məlumata görə, artıq həbs olunanlar buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA