Komitə sədri ilqar Məmmədovu cəzalandıracaqlarını deyir

img

06-11-2012 [11:24]


?İyirmidən artıq Milli Məclis üzvünün REAL hərakatının sədri İlqar Məmmədovu məhkəməyə verməsi bir həqiqətdir. Biz sabah bir qrup millət vəkili parlamentdə toplaşaraq bu məsələni bir daha müzakirə edəcəyik?. Mia.az xəbər verir ki, bu sözləri ?Qafqazinfo?ya açıqlamasında Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib. Onun sözlərinə görə, İlqar Məmmədovun məhkəməyə verilməsi tam reallıqdan irəli gələn bir məsələdir və bu adam qanun qarşısında cavab verməlidir: ?Milli Məclisin 40-dan artıq üzvü elmlər doktorudur, eyni zamanda yarısından çoxunun yaşı 60-ı ötüb. Orada elə insanlar var ki, Azərbaycan dövlətinin qurulmasında birbaşa iştirak ediblər. Onlar öz qanları, canları, bütün şüurlu fəaliyyətləri ilə Azərbaycan dövlətinin dayağına çevriliblər. Bu insanlara qarşı ?heyvanxana, zoopark? sözünü işlətmək hansı əxlaqın göstəricisidir? Qoy həmin sözü deyən adam buyurub məhkəmə qarşısında fikirlərini izah eləsin. Düşünürük ki, onun haqqında ölçü götürülməlidir. Sosial məsələlərlə məşğul olan komitə sədri kimi mənə bununla bağlı suallar olur?. Qeyd edək ki, parlamentin son iclası günü REAL hərakatının sədri İlqar Məmmədov bloqunda parlamenti zooparka bənzədərək təhqir etdiyini özü də etiraf edib. O, millət vəkillərinin ünvanına da xoşagəlməz ifadələr işlədib. Son günlərin ən çox müzakirəsinə səbəb olan bu məsələyə elə həmin gün bir sıra millət vəkilləri münasibət bildirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA