MMP-də yenə toplantı keçirilib

img

07-11-2012 [01:56]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın Gənçlər və Qadınlar Təşkilatının toplantısı keçirilib. Toplantıda əsasən qarşıdan gələn prezident seçkiləri, onun detalları,qarşıda duran vəzifələr ,bu istiqamətdə həyata keçiriləcək işlərdə qadınların və gənclərin rolu, onların üzərinə düşən vəzifələr ,həmin vəzifələrin həyata keçirilmə mexanizmi gündəmə gətirilib və müzakirə edilib. Gənclərin və qadınların Muasir Musavat Partiyasının ictimai ?siyasi həyatında çox böyük və önəmli rolu olduğunu qeyd edən partiya sədri Hafiz Haciyev bütün seçkilərdə olduğu kimi 2013-cü il prezident seçkilərində də qadınların və gənclərin güçündən istifadə ediləcəyini qeyd edib.Hafiz Haciyev öz çıxışında qeyd edib ki,bu günki tədbirin keçirilməsində məqsəd də elə bu yöndədir. Sonra keçən tədbirlərdə Qadınlar və Gənclər Təşkilatının gələcək fəaliyyətini daha yaxşı qurmaq,onların ictimaii-siyasi işə daha fəal qoşulmasına nail olmaq üçün Üdarə Heyətinin hazırladığı təkliflər planı oxunaraq müzakirəyə çıxarılmadan qəbul edilib və həmin plana uyğun hər iki təşkilatın üzvlərinə konkret tapşırşqlar verilib və bir daha onların nəzərinə çatdırılıb ki,seçkilər partiyanın əsas fəaliyyət istiqamətlərindən biri Tədbirin sonunda bir müddət öncə qadınlardan və gənclərdən yaradılmış xüsusi təbliğat-təşviqat qruplarına yeni tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA