isa Qəmbər Türkiyəyə gedir

img

01-11-2012 [11:54]


Noyabrın 3-də Müsavat Partiyasının başqanı İsa Qəmbər və ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu Türkiyəyə gedəcəklər. Səfər Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalının dəvəti ilə həyata keçirilir. İsa Qəmbər və Rauf Arifoğlu MHP-nin Ankarada noybarın 4-də keçiriləcək 10-cu qurultayına qonaq qismində dəvət ediliblər. İsa Qəmbər ?Yeni Müsavat?a açıqlamasında bildirdi ki, dəvəti alıb və Türkiyəyə getmək qərarındadır: ?Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından onların qurultayına dəvət almışıq. İlk dəfədir ki, MHP öz qurultayına türk cümhuriyyətlərindən böyük sayda qonaq dəvət edib. Biz də dəvəti məmnuniyyətlə qəbul edib qurultayda iştirak eləyəcəyik. Bizim üçün Azərbaycan-Türkiyə münasibətləri ən önəmli prioritetlərdən biri kimi davam edəcək?. Qeyd edək ki, MHP-nin noyabrın 4-də keçiriləcək X qurultayına Azərbaycandan bir sıra başqa siyasətçilər də dəvət olunub. Onlardan redaksiyaya məlum olanların adları aşağıdakılardır: VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı, KXCP sədri Mirmahmud Mirəlioğlu, ?Azər-Türk? Qadınlar Cəmiyyətinin rəhbəri Tənzilə Rüstəmxanlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov./musavat.com/

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA