Sülhəddin Əkbər həbsindən danızdı

img

05-11-2012 [04:40]


Partiya sədri noyabrın 5-də ACP-nin Bakıdakı qərargahında olayla bağlı mətbuat konfransı keçirib. Tədbirdə ALP-nin sədr əvəzi Əvəz Temirxan, Azadlıq Partiyasının sədri Əhməd Oruc, ACP fəalları iştirak edirdilər. S.Əkbər ACP-nin Sumqayıtdakı tədbirinə polisin müdaxilə etməsindən danışdı. ACP sədri qeyd etdi ki, hakimiyyət dəyişməyib, əksinə, daha da mürtəceləşib: ?İqtidarın davranışları 2003-cü illə müqayisədə daha çox sərtləşib. Bu da iqtidarın qorxusunun artmasından irəli gəlir. Hakimiyyət klinik vəziyyətdədir və ölkə inqilaba hamilədir. Buna görə bütün demokratik qüvvələr bir araya gəlməlidir, təşkilatlanma olmalıdır. Bundan sonra strategiya hazırlamalıyıq. Aksiyalara ciddi hazırlaşmalıyıq. Yoxsa hakimiyyət yenə aksiyaları zor tətbiq etməklə yatıracaq və insanları qorxudacaq. Bütün siyasi partiyaları, QHT-ləri, ziyalıları, müxalif medianı, fəal gəncliyi birliyə çağırıram. Dəyişiklik istəyən hər kəs birgə mübarizə aparmalıdır. S.Əkbər Rusiyada yaradılan oliqarxlardan ibarət ?milyarderlər ittifaqı? ilə DQMM-nin əməkdaşlıq perspektivlərindən də danışdı. Onun sözlərinə görə, tərəflər arasında hələlik heç bir kontakt olmayıb. Ancaq sözügedən təşkilat hədəfini açıqlasa birgə əməkdaşlıq barədə müzakirə aparıla bilər. Tədbirin sonunda ACP və Məşvərət Məclisinin bəyanatı qəbul olunub. Bəyanatda ACP-nin Sumqayıtdakı tədbirinə polis hücumunun təşkil olunması pislənilir: ?Rejimin repressiv davranışları, sərbəst toplaşma azadlığının məhdudlaşdırılması, QHT rəhbərlərinə və köşə yazarlarına qarşı parlament tribunasından ölüm təhdidi yağdırılması bir daha diktaturanın mahiyyətini ortaya qoydu. Bu metodlarla hakimiyyəti qorumaq cəhdləri Liviya, Misir hadisələrinin təkrarlandığını bildirir. İrticaya qarşı bütün demokratik qüvvələrin birgə fəaliyyətinin zəruriliyini bəyan edirik?./musavat.com/

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA