Rövnəq Abdullayev ivanizvilini razı sala bilmədi

img

09-11-2012 [10:52]


Bu gün Gürcüstanın Baş naziri Bidzina İvanişvili və ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Tbilisidə enerji resurslarının tədarükü sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Tanışlıq xarakteri daşıyan görüşdə energetika və təbii resurslar naziri Kaxa Kaladze və daxili işlər naziri İrakli Qaribaşvili iştirak ediblər. Mia.az Trend-ə istnadən xəbər verir ki, görüşdən sonra Bidzina İvanişvili jurnalistlərinə bildirib ki, görüşdə qaz və neft nəqli məsələlərinə toxunulub: "Biz çox yaxşı və nümunəvi əlaqələrimizdən, qonşu ölkəyə necə yanaşmalı olduğumuzdan danışdıq. Bununla yanaşı, yüksək səviyyədə, o cümlədən prezident səviyyəsində görüşdən söhbət getdi". Qaz və neft tariflərinə gəldikdə, Baş nazirin sözlərinə görə, bu mövzu ilə bağlı konkret söhbət olmayıb, halbuki "hökumət onları azaltmağa cəhd edəcək. Hesab edirəm ki, daxildə bizim tariflərimizlə bağlı həll olunması lazım gələn daha çox problemimiz var, çünki tariflər süni şəkildə artırılır. Gürcüstan hökuməti mütləq tarifləri aşağı salmağa çalışacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA