Gülər Əhmədova: "Darıxmayın, danızacam"

img

02-11-2012 [12:18]


G.Əhmədovanın rüşvət videosunda adı hallanan Sevinc Babayevanın sabiq deputatın bağında gizlədiliyi xəbəri yalan çıxdı. ?Yeni Müsavat?ın əməkdaşı ilə söhbətində G.Əhmədova bu iddiaları yalanladı. Dedi ki, onun bağının harada olduğunu hamı bilir və orada S.Babayeva yoxdur. Müsahibimiz YAP-dan çıxarılmaması və bunun arxasındakı ?gizlinlər?lə bağlı sualı isə cavablandırmadı. Bundan başqa, E.Məcidlinin haqqında danışdığı o videolarla bağlı deyilənlərə münasibət bildirməkdən imtina etdi: ?Mən özüm uyğun bildiyim sualların birinə cavab verəcəm?. Bu arada G.Əhmədova ?Yeni Müsavat?ı da ona qarşı şər-böhtan kampaniyası aparmaqda ittiham etdi: ?Düz 1 ay 6 gündür sizin qəzet mənim haqqımda şər yazır. Darıxmayın, mən də danışacam. Gözləyin?. ?Yeni Müsavat? olaraq məlum rüşvət videosu gündəmə gələn ilk gündən onun ətrafında cərəyan edən hadisələri qələmə aldığımız üçün sabiq deputatın qəzetimiz barədə dediklərini qeyri-obyektiv sayırıq. Əslində ölkənin bir nömrəli mövzusu statusunu almış olaydan yazmamağımızın özü doğru olmazdı. Hamının yazdığı, danışdığı, müzakirə etdiyi kifayət qədər qalmaqallı məsələnin üstündən sükutla keçmək qəzetçilik ənənəsinə, jurnalist peşəsinə xəyanət olardı. O ki qaldı G.Əhmədova ilə bağlı aparılan istintaqın gedişinə, bu barədə də 31 oktyabrda Respublika Prokurorluğuna ünvanladığımız sorğunun cavabını oxuculara təqdim edirik. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun imzası ilə redaksiyamıza daxil olan elektron məktubda deyilir: ?Tərəfimizdən məlumat verildiyi kimi, qeyd edilən cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, aidiyyəti orqanlara sorğular və əməliyyat tapşırıqları verilmişdir. Eyni zamanda hazırda iş üzrə dindirmələr və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir. İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA