Səyyad Aran Komitə sədrinin müavini oldu

img

16-11-2012 [05:50]


Ölkə Prezidenti sabiq deputatın yeni vəzifəyə təyinatına dair sərəncam imzalayıb. Azərbaycanın İstanbuldakı keçmiş konsulu, Yeni Azərbaycan Partiyasının tanınmış üzvü Səyyad Aran Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini təyin olunub. Xəbəri Modern.az-a açıqlamasında Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli də təsdiqləyib. Xatırladaq ki, Yeni Azərbayacan Partiyasının yaradıcılarından olan Səyyad Aran uzun illər partiyanın ideologiya şöbəsinə rəhbərlik edib. O, 2006-2010-cu illərdə Azərbaycanın İstanbuldakı konsul vəzifəsində çalışıb. O, bu təyinatadək Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA