isa Qəmbər ermənilərlə görüzdən danızdı

img

31-10-2012 [11:05]


Azərbaycan, Ermənistan və Gürcüstanın liberal liderləri Cənubi Qafqaz problemləri və Cənubi Qafqazın Rusiya ilə əlaqələrini müzakirə etmək üçün Tiflisdə toplanıb. Azərbaycanı təmsil edən Müsavat başqanı İsa Qəmbər deyib ki, tədbirə oktyabrın 20-dən start verilib. Başqanın BBC-nin Azərbaycan xidmətinə dediyinə görə, üç ölkə ilə yanaşı Rusiya və Avropa ekspertlərinin də çıxışları dinləniləcək: ?Bu, Almaniyanın Fridrix Naumann Fondunun təşəbbüsü ilə keçirilən ilk tədbir deyil, bir ay əvvəl İstanbulda ?Cənubi Qafqazla Türkiyə əlaqələri" müzakirə edilmişdi, bir aydan sonra isə ?Cənubi Qafqazla Avropa əlaqələri?nin müzakirəsi planlaşdırılır". Tiflisdə ermənilərlə görüşlərə Bakıda qıcıqlı reaksiyalara gəlincə, Müsavat rəhbəri bildirib ki, bu, silsilə şəklində olan ənənəvi tədbirdir, hər hansı bir partiya ilə ayrıca görüş nəzərdə tutulmayıb. İki gün davam etməsi planlaşdırılan konfransda Ermənistanı Erməni Ümummilli Hərəkatı, Gürcüstanı isə hazırda hakimiyyətdə təmsil olunan Respublika Partiyası, Azərbaycanı isə Müsavat Partiyası təmsil edir./musavat.com/

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA