Azay Quliyev QHT-hökumət münasibətlərindən razıdır

img

31-10-2012 [10:57]


?Azərbaycanda ötən illərlə müqayisədə QHT-lər xeyli inkişaf edib. Bir neçə il ərzində QHT-lərin dövlətdən dəstək alması onların inkişafa geniş şərait yaradıb?. Bu fikirləri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib. A.Quliyev bildirib ki, bütövlükdə bu gün QHT- hökumət münasibətləri sözün əsl mənasında yeni bir inkişaf mərhələsini yaşayır. Onun sözlərinə görə, buraya həm mənəvi, həm təşkilati, həm də informativ və digər aspektlərdə olan müsbət dəyişiklikləri aid etmək olar. ?Ümumilikdə vətəndaş cəmiyyətinin inkişafına şərait yarada biləcək bütün addımların atılması istiqamətində Şura işləyir, təkliflər verir və əlaqəli şəkildə fəaliyyətini qurur?- deyə Şuranın sədri qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA