?Əbülfəz Elçibəyin ailəsinin tələbləri yerinə yetirilməlidir?

img

30-10-2012 [12:32]


Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin ailəsinin sabiq dövlət başçısının ölümü ilə bağlı başlanan cinayət işinin dayandırılması və mərhumun ruhbunun narahat edilməməsi haqda bəyanatına Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahumuq Mirəlioğlu dəstək verdi. Eks-prezidentin zəhərlənərək öldürülməsi ilə bağlı açılan cinayət işinin tezliklə dayandırılmasını tələb edən KXCP sədri Modern.az-a açıqlamasında Elçibəy ailəsinin qərarına dəstək verdiyini bildirib. Onun sözlərinə görə, mərhum prezidentin ruhu narahat edilməməlidir. ?Əbülfəz Elçibəyin ailəsinin yaydığı bəyanatla tanış olmasam da hesab edirəm ki, bu doğru addımdır. Onlar bu qərarı sözün əsl mənasında təqdirə layiqdir. Hesab edirəm ki,?. Əbülfəz Elçibəyin ailəsinin tələbləri yerinə yetirilməlidir Qeyd edək ki, Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin ailəsi Respublika Prokurorluğuna və mediaya müraciət edib. Ailənin müraciətində Elçibəyin ölüm səbəbi ilə bağlı açılmış cinayət işinin dərhal dayandrılması tələb olunur və mərhumun ruhunun narahat edilməməsi istənilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA