BQP Siyasi Qurulu Fazil Mustafanın müdafiəsinə qalxdı

img

29-10-2012 [11:17]


Bu gün Böyük Quruluş Partiyasının Mərkəzi Qərargahında partiya Başqanı Fazil Mustafanın sədrliyi ilə Siyasi Qurulun növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət, rayon və şəhər təşkilatlarınada keçirilən və keçirilməsi nəzərdə tututlan toplantılar, eləcə də ölkədə və regionda baş verən hadisələr müzakirə edilib. İclas iştirakçıları partiya başqanının partiyadaxili məsələlər, ölkədəki ictimai-siyasi durum vəregional-beynəlxalq hadisələrə həsr olunan təhlil səciyyəli məruzəsini dinləyib. Ali Məclisin sədri Ə.Əliyev ötən iclasdan bu yana partiya üzvlüyünə qəbul olunmaq üçün edilən fərdi və kollektiv müraciətlər, rayon və şəhər təşkilatlarında keçirilən yığıncaqlar, keçirilməsi nəzrdə tutulan tədbirlər və yerli təşkiatlar tərəfindən təqdim edilən III rübə aid yazılı arayışlar haqqında məlumat verib. İclasda "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin tərəfli mövqedən çıxış etməklə partiya başqanının əleyhinə mətbuat etikasına uyğun olmayan yazı kampaniyaları kəskin şəkildə pislənilib. ?Antidemokratik bir mətbuat həmrəyliyi iləinsanlar üzərində haqq sahibliyinə özlərini inandırmış bəzi cızmaqaraçılar əllərinə keçən tribunaları insanları təhqir vasitəsinə çevirir, onlara qarşı böhtan xarakterli ittihamlar irəli sürürlər. Özlərində olamayan keyfiyyətləri başqalarına aşılamaq istəyirlər. Onlar hələ anlamırlar ki, normal demokratik cəmiyyətlərdə kefin nəyiistədisə, onu yazmaq haqqına malik deyilsən. Başqalarının hüquqna müdaxilə etdiyin anda sənin məsuliyyətin başlayır və işlətdiyin hər bir yalnış ifadəyə görə qanunların bütün sərtliyi ilə cavab verməli olursan. Bu kampaniyalar həm də media quruluşlarının demokratik olmadığını ortaya çıxardı. Media bərabərliyi hüququ kobud şəkildə pozuldu. Bir tərəfəistədiyi hədyanları yazmaq üçün gen-bol şərait yaradıldı, qarşı tərəfə isə cavab haqqı tanınmadı. Böyük Quruluş Partiaysı başqalarının mövqeyini, fikirlərini tənqidi normal qəbul etməklə bərabər,şəxsiyyətə yönəlik hücumları,başqalarına hörmətsizliyi, onlarıtəhqiretməyiyolverilməz hesab edirvə bu haqqı kimliyindən asılı olmayaraq heç kəsə tanımır. BQP-nin partiya Başqanının öz kimliyinə arxayın və alnı açıq siyasi lider kimi media quruluşlarında öz yerlərini bilməzlərin,öz çərçivələrini məsuliyyətsiz formada aşanların açıq və tərbiyəvi xarakterli formada cavablarını layiqincə verəcəyinə inancı tamdır.? İclasda dünyada və regionda baş verən son hadisələrə münasibət bildirilib. ?Ermənistanın Dağlıq Qarabağda hərbi təlimlər keçirməsi kəskin pislənilib və bu məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin məlum cavabı qənatəbaxş hesab edilməyib: ?Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən hərbi təlimlərdə Ermənistan Respublikasının prezidentinin bilavasitə iştirakı Ermənistanın atəşkəs rejiminin şərtlərinə saymazyana münasibətinin və işğal faktının uzadılmasında maraqlı olmasının təzahürüdür. Rəsmi Bakı ATƏT-in Minsk qrupunun həmsədrlərindənişağalçı dövlətin başçısının beynəlxalq qanunları tapdalayaraq, Azərbaycan torpaqlarında hərbi təlimlər keçirməsi faktına xüsusi diqqət yetirmələrini və buna müvafiq qiymət vermələrini tələb etməlidir.? Siyasi Qurul Dünya Bankının araşdırılmasına münasibət bildirərərk qeyd edib ki,?Hesabatda göstərilir ki, ötən il Azərbaycan hakimiyyəti kiçik və orta şirkətlər üçün biznes mühitini yaxşılaşdırmaq məqsədilə əsaslı islahatlar həyata keçirməyib.İllik ?Doing business? hesabatında Azərbaycan təhqiqatın aparıldığı 185 ölkə arasında 67-ci yeri tutur.Reytinq cədvəlində Azərbaycan Gürcüstandan (9-cu yer) və Ermənistandan (32-ci yer) xeyli geri qalır. Azərbaycanda tikinti icazəsi almaq üçün 7 ay müddət və 28 müxtəlif prosedur lazımdırsa, reytinq cədvəlində ikinci yeri tutan Honq Konqda bunun üçün cəmi 6 prosedur gərəkdir. Dünya Bankının araşdırması aşkar edib ki, Azərbaycanda elektrik şəbəkəsinə qoşulmaq üçün doqquz prosedurdan keçmək lazımdır və bu proses orta hesabla 8 ay çəkir.Gürcüstanda analoji vəziyyət 4 prosedur və 50 gündən ibarətdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan işgüzarlıq səviyyəsinə və yaradılan şəraitə görə dünya ölkələri sıralamasında heç də ürəkaçan yerdə qərarlaşmır. İqtidar beynəlxalq təşkilatların yaydığı hesabatlardan ciddi nəticələr çıxarmalı, kiçik və orta biznes mühitnin yaxşılaşdırılması və inkişafında başlıca maneə olan süründürməçilik və bürokratik əngəlllərin aradan qaldırılması üçün səylərini gücləndirləməli, rüşvətxorluq və korrupsiya hallarına qarşı mübarizənin effektliyni artırmalıdır. İclas rayon və şəhər təşkilatlarından daxil olan müraciətlər əsasında noyabr ayının birinci ongünlüyndə keçirilməsi nəzərdə tutulan Böyük Quruluş Partiyası Ali Məclisinin növbəti iclasının bir ay sonraya keçirlməsi haqqında qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA