KXCP-də respublika müzavirəsi keçirib

img

29-10-2012 [06:20]


Oktyabrın 28-də KXCP sədri M.Mirəlioğlunun sədrliyi ilə rayon (şəhər) şöbə sədrlərinin respublika müşavirəsi keçirilib. Partiyanın mətbuat xidmətindən bildirilib ki, müşavirədə ölkədəki ictimai siyasi vəziyyət və partiyanın İnkişaf Planına uyğun olaraq seçkilərlə bağlı rayon (şəhər) şöbələrinin fəaliyyət istiqamətləri müzakirə edilib. KXCP Ali Məclisinin sədri B. Əbil İnkişaf Planında seçkilərlə bağlı rayon (şəhər) şöbələrinin fəaliyyət istiqamətlərini əks etdirən sənəd layihəsini müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Layihə ətrafında geniş müzakirələr aparılıb, rayon (şəhər) şöbələrinin rəhbərləri yerlərdə seçkilərə hazırlığın vəziyyəti ilə bağlı məlumat verib və təkliflərlə çıxış ediblər. Müzakirənin nəticəsi olaraq təkliflər nəzərə alınmaqla qəbul olunmuş layihənin partiyanın Ali Məclisinə təqdim olunması qərarlaşdırılıb. Müşavirənin sonunda KXCP sədri M.Mirəlioğlu çıxış edərək seçkilərin partiyanın İnkişaf Planında əsas fəaliyyət istiqamətlərindən biri olduğunu, rayon (şəhər) şöbələrinin təşkilatlanma işini buna uyğun inkişaf etdirilməsini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA