ictimai Palata Bakı merinə məktub göndərdi

img

29-10-2012 [02:38]


İctimai Palata (İP) noyabrın 2-nə təyin etdiyi aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. İP KŞ-nın üzvü Ədalət Yusubovun APA-ya verdiyi məlumata görə, bu gün qurum Milli Məclisin binası qarşısında keçiriləcək piketlə bağlı paytaxt meriyasına məlumat xarakterli məktub ünvanlayıb. Məktubda şəhər icra hakimiyyətinin diqqətinə çatdırılıb ki, noyabrın 2-də saat 12.00-da İP üzvü olan bir qrup şəxs Milli Məclisdə ?Sərbəst toplaşmaq azadlığı haqqında? qanunda ediləcək dəyişikliklərə etiraz olaraq, ?Sərbəst toplaşmaq azadlığına qoyulan qadağaya yox deyirik!? şüarı ilə piket keçirəcək. Ə. Yusubov onu da qeyd edib ki, İP aksiyanın keçirilməsində israrlıdır və icra hakimiyyətinin mövqeyindən asılı olmayaraq, piket keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA