"Parlament buraxılsın!" deyən Təzəxan Mirələmli və Əbülfəz Qurbanlı buraxıldı (Yenilənib)

img

28-10-2012 [10:37]


"Parlament buraxılsın" tələbi ilə oktyabrın 20-də Fəvvarələr meydanında icazə verilməmiş aksiyaya çıxdıqlarına görə həbs olunmuş daha bir nəfər bu gün gecə saatlarında azadlığa buraxılıb. Bu, AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmlidir. Onunla eyni saatda buraxılmalı olan AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlının azad edilməsi isə saat 23-ə qalıb. Son məlumata görə, AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı da azadlığa çıxıb. Bu barədə VHP gənclərinin lideri Samir Əsədli öz sosial şəbəkədəki səhifəsində məlumat verib. Qeyd edək 7 sutka həbs cəzası alan fəallar iki gün öncə azad ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA