"Hökumət Azərbaycana heç bir xeyri olmayan tədbirlərə milyonlar xərcləməkdə davam edir"

img

25-10-2012 [11:00]


"Azərbaycan hökuməti Azərbaycanın imici üçün heç bir xeyri olmayan tədbirlərə milyonlarla vəsait xərcləməkdə davam edir. Təsəvvür edin, təhsil və səhiyyə işçilərinin maaşının artırılması planı gələn ilə ertələnir, Şakiraya, Cenifer Lopesə milyonlarla vəsait xərclənir". Bu fikri mia.az-a Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı deyib. ?Formula 1? yarışmasının da bu qəbildən olduğunu deyən T.Abbaslı bildirib ki, bu tədbirə hazırlıq artıq 1 həftədir insanları boğaza yığıb: "Son iki gün ərzində bu hazırlıqla bağlı dəhşətli tıxaclar yaranıb. Hesab edirəm ki, bu, insan haqlarının pozulması deməkdir. Bu bir tərəfə, əldə etdiyimiz məlumata görə, bu tədbirə 15 milyon dollardan çox pul xərclənəcək?. ?İslamçı demokratlar olaraq hesab edirik ki, bu tədbirin Azərbaycanın beynəlxalq imicinə heç bir müsbət təsiri yoxdur. Bu mənada həmin tədbirə xərclənən pulları havaya sovrulmuş vəsait kimi qiymətləndiririk", deyə partiya sədri bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA