Azay Quliyev ABŞ diplomatları ilə görüzüb

img

23-10-2012 [06:09]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri xanım Fanta Orr ilə görüşüb. Görüşdə A.Quliyev xanım F.Orra sədri olduğu Şuranın yaranması, fəaliyyəti və gələcək planları, həmçinin Şura tərəfindən hazırlanmış yeni qanun layihələri və bu layihələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakı barədə məlumat verib. A.Quliyev qeyd edib ki, Şura yarandığı vaxtdan indiyədək 1500-dən artıq QHT layihəsi maliyyələşdirib və bunun üçün on milyon manatdan artıq dövlət vəsaiti ayrılıb. Həyata keçirilmiş layihələrin ümumi mövzuları barədə danışan Şura sədri maliyyə müsabiqələrinə təqdim edilən layihələrdə əsasən sosial problemlərin, demokratiya və insan hüquqları, ekologiya və ətraf mühitin mühafizəsi, qaçqın və köçkünlərlə bağlı bir sıra məsələlərin üstünlük təşkil etdiyini vurğulayıb. Daha sonra xanım Orr razılaşdırılmamış mitinqlərdə iştiraka görə tətbiq olunan cərimələrin məbləğinin artırılması və bunun sərbəst toplaşma azadlığına təsiri barədə Şura sədrinin fikirlərini soruşub. A.Quliyev bu dəyişikliklərin heç bir halda sərbəst toplaşma azadlığını məhdudlaşdırmayacağını qeyd edib. Sonda A.Quliyev Şuranın beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu və qarşı tərəfi də əməkdaşlığa dəvət etdiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA