Daxili izlər Nazirliyi Şeyx Cavidin həbsini təsdiqlədi

img

22-10-2012 [12:58]


Dindarlar arasında Şeyx Cavid kimi tanınan ruhani Cavid Məmmədovun qanunsuz silah, dini ədəbiyyat saxlamaq və aksiya təşkil etməkdə ittiham edilərək həbs olunması ilə bağlı mediada məlumat yayılmışdı. Lakin ruhaninin həbs edilməsi ilə bağlı hər hansı bir rəsmi açıqlama verilmirdi. Ruhaninin həbs edilməsi artıq rəsmi təsdiqini tapıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. DİN rəsmisi bildirib ki, Cavid Məmmədov həbsi ilə bağlı deyilən məlumatlar doğrudur. Ruhaninin evində axtarış aparılaraq silah və xarici valyuta aşkar edilib. İlahiyyatçının yaxınları bildiriblər ki, hacının adının mətbuatda 5 oktyabr "Hicaba azadlıq" aksiyasını təşkilatçısı kimi hallanması yalan məlumatdır. Cavid gününü məsciddə dərs deməklə keçirirdi. Ümid edirik nəsə yanlışlıq olub. FaktXeber

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA