isa Qəmbər: "?Yeni Müsavat?ın yazıları ?Quran? ayəsi deyil?

img

22-10-2012 [11:12]


?Bu ilin sonuna qədər qurultay keçirilməlidir?. Oktyabrın 20-də Müsavat Partiyası Məclisinin toplantısında çıxış edən başqan İsa Qəmbər belə deyib. Müsavat başqanının müavini Gülağa Aslanlı qurultaya hazırlıq üzrə təşkilat komitəsi haqqında məlumat verərək bildirib ki, partiyanın 66 rayon təşkilatında konfranslar keçirilib, qurultaya 650 nümayəndə seçilib: ?Daha 10 rayon təşkilatında konfranslar keçirilməsi planlaşdırılır?. Müsavat başqanı İsa Qəmbər deyib ki, bu ilin sonuna qədər qurultay keçirilməlidir: ?Qurultay yeri ilə bağlı Gürcüstan variantının üzərində işləyirik. Amma hakimiyyət də fikirləşməlidir ki, 100 illik bir partiyanın xaricdə qurultay keçirməsi nə deməkdir?. ?Yeni Müsavat? qəzetinin məlumatına görə, İsa Qəmbər İctimai Palatadan istefalar haqqında da danışıb. O, müşaviri Yadigar Sadıqlının İctimai Palatadan istefa verməsinə münasibət bildirərək deyib ki, bu, onun hüququ olsa da, qərar tələsik verilib: ?Yadigar bəyin istefası partiyada suallar yaratdı. Yadigar bəy dəyərləndirdiyimiz dostlarımızdan biridir və Müsavatın uğuru yolunda çox böyük zəhməti olan dostumuzdur. Bizim əsas dəyərlərimizdən biri söz və mətbuat azadlığıdır. Jurnalistə dərs keçmək, məqaləni necə yazmağı öyrətmək haqqımız yoxdur. Heç bir halda qəzet redaktoruna ?niyə bu manşeti verməmisən? demək haqqımız da yoxdur. Qəzetdir, necə istəyirsə elə yazır. Bizim də oxucu kimi o qəzeti alıb oxumaq və oxumamaq ixtiyarımız var. Bu, özümüzə yaxın və uzaq saydığımız bütün qəzetlərə aiddir. Qəzetin mövqeyi bizim xoşumuza gəlmirsə, bizim edəcəyimiz iş o mövqe haqqında fikrimizi bildirməkdir. Konkret olaraq ?Yeni Müsavat? qəzetində çıxan yazı xoşumuza gəlmirsə, biz buna münasibətimizi və etirazımızı bildirə bilərik. ?Yeni Müsavat?ın yazıları ?Quran? ayəsi deyil ki, hər bir sözü, hər bir fikri toxunulmaz olsun. Hər birimizin bəyənmədiyimiz yazılar ola bilər. Bunu əsas götürüb ictimai təşkilatdan istefa verməyi anlamıram, qəbul etmirəm. Ən azından partiyada kifayət qədər demokratik mühit var. Bütün məsələləri birgə müzakirə etmək və məsləhətləşmək imkanımız var. Ən azı dostlarımızdan gözləmək hüququmuz var ki, hansısa məsələ ilə bağlı fərqli fikirləri varsa, gəlib mənə desinlər, sizə desinlər, Məclisə desinlər, Divanda danışsınlar. İkinci məsələ yazının özü ilə bağlıdır. Nə var ki, o yazıda? O yazıda deyilir ki, hakimiyyət müxalifətlə ?zondaj? aparır. Birbaşa danışıq getmir. Qəzetin yazdığına görə, hakimiyyət istəyir müxalifət razılaşsın ki, bu rejim 2013-cü ildə hakimiyyətdə qalsın, əvəzində bu rejim 2015-ci ilin parlament seçkisinə qədər müəyyən islahatlar həyata keçirəcək və nisbətən demokratik parlament seçkisinə imkan yaradacaq. Əslinə qalsa, hakimiyyətin bu istəyi sirr deyil ki. Bizim mövqeyimiz açıq və şəffafdır. Biz demişik ki, parlament seçkisi keçirilməlidir və bu, prezident seçkisinə qədər baş verməlidir. Bu mövqe beynəlxalq birlikdə də var. Beynəlxalq birlik hakimiyyətə izah edir ki, bu, yaxşı olar. Hakimiyyət də hər zamankı kimi onları aldatmağa çalışır. Deyir ki, yox, biz 2013-cü ildə seçkini istədiyimiz kimi keçirək, ondan sonra islahatlar həyata keçirərik. Necə ki, 2003-cü ildə, 2005-ci ildə beynəlxalq birliyi aldatmışdılar, yenə də aldatmağa çalışırlar. Aydın məsələdir ki, bu mövzuda hakimiyyətlə Müsavat arasında heç bir danışıq getməyib, gedə də bilməz. Müsavat Partiyası heç bir zaman xalqdan gizli separat danışıqlara getməyib və getməyəcək. Bu, birmənalı belədir. Hansısa müsavatçıda bu tərəddüd varsa, mən o müsavatçının müsavatçılığına şübhə edərəm. Necə ola bilər ki, 100 illik Müsavat Partiyası xalqdan gizli separat danışıq aparsın. Bu, mümkün olan deyil. Amma ortada müəyyən insanlar var ki, bizim də dostlarımızdır, jurnalistdirlər, ictimai xadimdirlər, QHT nümayəndələridirlər. Onlar sərbəst şəkildə hakimiyyət nümayəndələri ilə də görüşürlər, müxalifət nümayəndələri ilə də. Onlar bizim fikirlərimizi, ola bilsin ki, hakimiyyət nümayəndələrinin də fikirlərini səsləndirirlər. Bu, bütün cəmiyyət boyu gedir. Bu tək Müsavat və AXCP ilə bağlı deyil. Bu, mətbuat vasitəsilə də gedir. Vaxtaşırı YAP-ın nümayəndələri də demirdilər ki, biz də islahatların keçirilməsini, proporsional seçki sisteminin bərpa olunmasını istəyirik, parlament üzvlərinin sayını artırmaq istəyirik? Bu ?zondaj?, fikir mübadiləsi gedir. Bizim gücümüz çatsa, müxalifətin, İctimai Palatanın gücü çatsa, bu parlamentin buraxılıb yeni parlament seçkisinin keçirilməsinə nail olacağıq. Hakimiyyətin də öz planları var, öz oyununu oynayır və öz fikrini cəmiyyətə ötürmək istəyir. Qəzet də bunu yazıb. Burda hansısa qalmaqala, narazılığa səbəb ola biləcək nə var? Bu, partiyaya və partiya rəhbərliyinə inamsızlıqdır. Ona görə də bu cür məsələlərdə tələsik addım atmaq düzgün deyil və yolverilməzdir. ?Yeni Müsavat? qəzeti tamamilə müstəqil qəzetdir. Sadəcə, iki-üç il əvvəl bu müstəqilliyi bir daha nümayiş etdirmək üçün təsisçilikdən imtina etdim və müstəqil qəzet kimi yolunu davam etdirir. Rəhbərlik də daxil orda çalışan insanların çoxları ya müsavatçılardır, yaxud da Müsavata yaxın olan insanlardırlar. Bilmirsiniz ki, ?Yeni Müsavat?a hücum edənlər həm də Müsavat Partiyasına hücum edirlər? Qəzet yazır ki, 2013-cü il əvəzinə 2015-ci il hadisəsi olacaq. Guya biz prezident seçkisində güzəştə gedəcəyik. Hakimiyyət də parlament seçkisində bizə güzəştə gedəcək. Mən ?Yeni Müsavat? qəzetinin də, ?Azadlıq? qəzetinin də rəhbərliyinə iradımı bildirdim. İstəsəydilər, bizlərə müraciət edib bu mövzuda fikrimizi soruşa bilərdilər, biz də mövqeyimizi izah edərdik. Yəqin o zaman heç kimin həyəcanlanmağına da ehtiyac qalmazdı. Yadigar Sadıqlı niyə bu yazı dərc ediləndən sonra deyil, Şahvələd Çobanoğlunun ?Azadlıq? qəzetində çıxan yazısından sonra istefa verib? Ehtiyac oldu-olmadı mən fərqli mövqe nümayiş etdirim deyə bu cür kampaniyalara qoşulmağa ehtiyac yoxdur. Mən bunu bütün müsavatçıların diqqətinə çatdırıram. Xüsusilə də Məclis, Divan üzvlərinin, müavinlərimin və müşavirlərimin. Bir-birimizə etimadımız bütün mövzuların açıq müzakirəsinə imkan yaradır, heç bir əlavə narahatçılığa ehtiyac yoxdur?. qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA